Modern.az

BMT ATƏT-in Qarabağ münaqişəsinin həllinə dair səylərini dəstəkləyir

BMT ATƏT-in Qarabağ münaqişəsinin həllinə dair səylərini dəstəkləyir

Aktual

1 Mart 2018, 00:51

BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu  BMT-nin baş katibi Antoniu Quterreş Ermənistanın BMT yanında daimi nümayəndəsi ilə görüşü zamanı deyib.

 

“Antoniu Quterriş BMT-nin ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair səylərini davamlı olaraq dəstəklədiyini təsdiqləyib”,- məlumatda deyilir.

 

Qeyd edək ki,Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi