“Azərbaycanla USAİD arasında uzunmüddətli tərəfdaşlıq var”.
Modern.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan USAİD-in direktorunun Avropa və Avrasiya üzrə koməkçisi Brok Birman deyib.
Onun sözlərinə görə, son illər tərəflər arasında əməkdaşlığa mane olan bir sıra məsələlər də olub:
Birman qeyd edib ki, Azərbaycan hökuməti ilə açıq müzakirələr zamanı bu məsələlərin həllini gözlədiyimi deyib.
“Təəssüf ki, heç bir irəliləyiş olmayıb. Mən Vaşinqtona eyni ismarıcları çatdıracağam. Bu həftə bir sıra nazirliklərin təmsilçiləri ilə görüşlər keçirmişəm. Əsas müzakirə olunan məsələlər vergilərin ödənməsi, vətəndaşların qeydiyyatı ilə bağlı olub. Burada iqtisadi inkişaf naminə bizimlə birgə fəaliyyət göstərmək üçün qapıların açıq olmasını istəyirik.
Biz Azərbaycan hökumətindən tərəfdaşlarımızı qeydiyyatdan keçirmək, vergilər sahəsindəki məsələlərin həllini gözləyirik”.