Modern.az

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə icraçı direktor təyin edilib

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə icraçı direktor təyin edilib

1 Mart 2018, 16:58

İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə yeni rəhbər təyin edilib.

Modern.az xəbər verir ki, Orxan Məmmədov Agentliyin icraçı direktoru vəzifəsinə təyin olunub.

O.Məmmədov Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və Odlar Yurdu Universitetində biznes idarəçiliyi üzrə magistr dərəcəsi alıb, Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə və kredit ixtisası üzrə bitirib.

2005-ci ildə Xarici İşlər Nazirliyində referent, 2006-2007-ci illərdə Sənaye və Energetika Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsində aparıcı məsləhətçi, 2007-2018-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti və Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbələrində baş məsləhətçi, müdir müavini və müdir vəzifələrində çalışıb.

Rus və ingilis dillərini sərbəst bilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi