Modern.az

Narkoloji Mərkəzdəki yanğında 30-dək ÖLƏN VAR

Narkoloji Mərkəzdəki yanğında 30-dək ÖLƏN VAR

Aktual

2 Mart 2018, 10:26

Bu gün səhər saatlarında Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzin binasında güclü yanğın hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə nəticəsində xeyli insan tələfatının olduğu bildirilir. İlkin məlumata görə, 26 nəfərin meyiti Respublika Məhkəmə Tibb Ekspertizası və Potoloji Anatomiya Birliyinə daxil olub.

Bu barədə Respublika Məhkəmə Tibb Ekspertizası və Potoloji Anatomiya Birliyindən məlumat verilib.

Ölənlərin sayının artacağı ehtimal olunur.
 

Respublika Narkoloji Mərkəzində baş verən yanğın artıq söndürülüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi