Modern.az

Deputat tələbələrlə görüşdü

Deputat tələbələrlə görüşdü

Aktual

2 Mart 2018, 13:08

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin  sosial iş ixtisasının tələbələri Milli Məclisin Əmək və sosial siyasət komitəsində təcrübədə.

 

Nəzəriyyə ilə təcrübənin vəhdəti bütün uğurların təməlidir. Məhz bu baxımdan Milli Məclisin rəhbərliyi Bakı Dövlət Universitetinin bir qrup tələbəsinin parlamentin Əmək və sosial siyasət komitəsində təcrübə keçməsinə razılıq vermiş və bunun üçün hər cür şərait yaratmışdır. Tələbələr komitənin və Milli Məclisin iclaslarında olur, onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparırlar.

 

Modern.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəbli də tələbələrə daim qayğı və diqqət göstərir. Bakı Dövlət Universitetinin sosial iş ixtisasının tələbələri - Yusifov Nadir, Muradzadə Aysun, Məmmədova Nəzrin, Hüseynova Finalə Milli Məclisin Əmək və sosial siyasət komitəsində təcrübə keçməkdədirlər.

 

Onlar sosial sığorta və pensiya, məşğulluq, ailə, qadın, uşaq problemləri, əlillər və digər mövzularda kiçik elmi-publisitik məqalələr hazırlayır və fikir mübadilələrində fəal iştirak edirlər. Hadi müəllimin dərslik və dərs vasitələri də tələbələr tərəfindən öyrənilir və bu ətrafda müzakirələr də aparılır. Tələbələr təcrübədən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışmaq üçün indidən test imtahanlarına hazırlaşırlar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi