“Bir neçə gün bundan əvvəl Milli Məclis yanında Toponomiya Komissiyasının növbəti iclası keçirilib”.
Bunu Toponomiya Komissiyasının sədri, deputat İsa Həbibbəyli Modern.az-a açıqlamasında deyib.
Komissiyasının sədri bildirib ki, iclasda 1 yaşayış yerinin adının dəyişirilməsi ilə bağlı məsələyə baxılıb və müvafiq qərar qəbul edilib.
“Daha sonra isə Milli Məclisin plenar iclasına tövsiyyə edilib”.
Qeyd edək ki, Toponomiya Komissiyasının sonuncu iclasında Azərbaycanın 1 şəhərində, 14 rayonunda 27 yaşayış yerinin adının dəyişirilməsi ilə bağlı məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Bununla da Milli Məclisin növbəti plenar iclaslarının birində 28 yaşayış yerinin adının dəyişirilməsi ilə bağlı məsələ deputatların müzakirəsinə çıxarılacaq.