Modern.az

Hava XƏBƏRDARLIĞI: külək əsəcək, qar yağacaq

Hava XƏBƏRDARLIĞI: külək əsəcək, qar yağacaq

3 Mart 2018, 12:31

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti gələn həftənin ilk iki iş gününün hava proqnozu barədə xəbərdarlıq yayıb.

 

Departamentdən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 5-i gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

 

Azərbaycanın bəzi rayonlarında martın 5-i axşamdan martın 7-si səhərədək arabir yağış, dağlıq rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi