Respublikanın çaylarında son günlər üzrə sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-130, Kiçik Qafqazın çaylarında 110-180, Lənkəran-Astara çaylarında 10-80, Naxçıvan MR çaylarında isə 110 faizini təşkil edib.
Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 211 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 157 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 77 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 58 m3/s təşkil edərək ongünlük normanın 70 faizinə bərabər olub.