Modern.az

Daha bir intihara cəhd - BU DƏFƏ GORANBOYDA

Daha bir intihara cəhd - BU DƏFƏ GORANBOYDA

Aktual

5 Mart 2018, 00:36

 

Goranboyda intihar cəhdi olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki,  rayonun Zeynallı kənd sakini, 1989-cu il təvəllüdlü Cabbarov Nicat Hafiz oğlu  qolunda olan yaraya yardım göstərilməsi üçün rayon Mərkəzi xəstəxanasına müraciət edib.

 

Ona yardım edilərkən həmin şəxs pəncərəyə çıxaraq özünü ikinci mərtəbədən atacağını deyib. Dərhal əraziyə polislər çağırılıb və N.Cabbarovu fikrindən daşındırıblar. Onun sərxoş olduğu bildirilir.

 

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi