Bu gün səhər saatlarında “Bakı Metropoliteni” QSC-nin stansiyalarında yaşanan sıxlıqdan sonra əksər küçə və prospektlərdə də sıxlıq müşahidə olunur.
Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirilib.
"Səhər saatlarında başlayaraq Tbilisi, Qara Qarayev, Xətai prospektlərində, eyni zamanda Afiyəddin Cəlilov, Koroğlu Rəhimov, Həsən bəy Zərdabi və digər mərkəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir”, - deyə mətbuat katibi əlavə edib.