Modern.az

Azərbaycan qızıldan 140 milyon dollar qazanıb

Azərbaycan qızıldan 140 milyon dollar qazanıb

Aktual

5 Mart 2018, 16:22


Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun sənaye hissəsinin mədənçıxarma səhaəsində metalların, xüsusən də nəcib metalların hasilatı önəmli yer tutur. 2017-ci ildə ölkədə bu sahədə də yeni inkişaf templəri müşahidə edilib.

Modern.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabatda bildirilib ki, 2017-ci ildə ümumilkdə  əvvəlki ilə  nisbətən 85 faiz artıq – 3 959 kq qızıl, 56 faiz artıq – 8 457 kq gümüş  istehsal olunub.

Həmin məhsullar içərisində qızılın ixracı lider mövqedə dayanıb. Qızılın satışından ölkəyə 140 milyon dollar həcmində vəsait daxil olub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi