Modern.az

ABŞ səfirliyinə hücum etmək istəyən 16 nəfər saxlanıldı

ABŞ səfirliyinə hücum etmək istəyən 16 nəfər saxlanıldı

Aktual

5 Mart 2018, 18:19

Türkiyənin Samsun şəhərində ABŞ-ın Ankaradakı səfirliyinə hücum təşkil etməkdə şübhəli bilinən dörd nəfər saxlanılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, saxlanılan şəxslərin hamısı İraq vətəndaşlarıdır və İŞİD təşkilatının üzvləridir.

Bundan əlavə, ABŞ səfirliyinin xəbərdarlığından sonra Ankarada İŞİD-ə qarşı keçirilən əməliyyat nəticəsində 12 nəfər saxlanılıb. Ümumilikdə isə saxlanılan şəxslərin sayı 16-dır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi