Modern.az

Şəkidə azyaşlı bacı-qardaşı kəsəyən, daha iki uşağı isə it dişləyib

Şəkidə azyaşlı bacı-qardaşı kəsəyən, daha iki uşağı isə it dişləyib

Aktual

5 Mart 2018, 18:59

Şəkidə azyaşlı baçı-qardaşı kəsəyən, daha iki uşağı isə sahibsiz it dişləyib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün səhər saatlarında rayonun Cuma kənd sakinləri,  2016-cı il təvəllüdlü İmarət Polad qızı Məcnunova sol baldır nahiyəsinin,  onun  2014-cü il təvəllüdlü qardaşı Aslan  isə başın alın nahiyəsinin kəsəyən dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

 

Günorta saatlarında isə Şəki şəhər sakini, 2005-ci il təvəllüdlü Murad Kazım oğlu Əhmədov döş qəfəsinin sağ hissəsinin it dişləməsi, rayonun Sarıca kənd sakini, 2005-ci il təvəllüdlü Allahverdi Ziyad oğlu Rüstəmov isə sol diz nahiyəsinin it dişləməsi xəsarəti ilə MRX-yə yerləşdiriliblər.

 

MRX-dan APA-ya verilən məlumata görə, onlara lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıblar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi