Modern.az

Rövnəq Abdullayevdən SOCAR-ın hər qadın işçisinə 100 manat mükafat 

Rövnəq Abdullayevdən SOCAR-ın hər qadın işçisinə 100 manat mükafat 

6 Mart 2018, 17:09

Bu il martın 1-dən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strukturlarında əmək müqaviləsi ilə çalışan bütün işçilərin aylıq vəzifə maaşları 10% artırılıb.

“Report” xəbər verir ki, bu barədə Şirkətin sosial şəbəkələrdəki rəsmi səhifəsində qeyd edilib.

Bildirilib ki, bundan başqa, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadın işçilərə 100 manat məbləğində mükafat təyin olunub.

Qeyd edək ki, SOCAR-da çalışan 51 min nəfərə yaxın işçinin 8500-ə yaxını qadındır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi