Modern.az

Çempionlar Liqasında ilk iki 1/4 finalçı məlum oldu  

Çempionlar Liqasında ilk iki 1/4 finalçı məlum oldu    

Aktual

7 Mart 2018, 08:42

Ötən gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin iki cavab oyunu keçirlib.

Modern.az-ın məlumatına görə, bu iki oyunla 1/4 finala yüksələn iki komandanın adı məlum olub.

Parisdə PSJ turnirin son qalibi “Real”la üz-üzə gəlib. Madirddə keçirilən ilk görüşdə 1:3 hesabı ilə uduzan Fransa klubu çətin durumda idi. "Kral klubu" səfərdə də qalib gəlmklə mərhələ adlayıb. 

Günün digər matçında isə “Liverpul” “Portu”nu qəbul edib. Portuqaliyada keçirilən ilk oyunda 5 cavabsız qolla qalib gələn İngiltərə təmsilçisi demək olar ki, növbəti mərhələyə vəsiqəni təmin edib.

6 mart

Çempionlar Liqası

1/8 finalın cavab oyunları
 
23:45. PSJ (Fransa) – “Real” (İspaniya) 1:2
Qollar: Ronaldo, 51 (0:1), Kavani, 71 (1:1), Kazemiro, 80 (1:2)
İlk oyun – 1:3

23:45. “Liverpul” (İngiltərə) – “Porto” (Portuqaliya) 0:0 
İlk oyun – 5:0

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi