Modern.az

“Eurovision-2018”dəki mahnımızın klipi təqdim edilib

“Eurovision-2018”dəki mahnımızın klipi təqdim edilib

Aktual

7 Mart 2018, 18:01

Eurovision-2018” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Aysel Məmmədovanın (AISEL) ifa edəcəyi mahnının klipi təqdim edilib.

Modern.az Azərtac-a istinadən xəbər verir ki, “X my heart” adlı müsabiqə mahnısını yunan bəstəkar və prodüser Dimitros Kontopulos və isveçli Sandra Byorman yazıblar. Klipin rejissoru mahnı haqqında təəssüratlarını belə bölüşüb: “Mahnını ilk eşidərkən xoşbəxtlik, optimizm, məsumluq hiss etdim. O dəqiqə mənə aydın oldu ki, klipin çəkilişləri zamanı uşağı lentə almalıyam. Bu, Ayselin daxilindəki uşağı simvolizə edir. Mən həqiqətən çox istedadlı musiqiçi və müğənni Aysel ilə işləməkdən xoşbəxtəm. Ona müsabiqədə uğurlar arzulayıram”.

Qeyd edək ki, sözügedən mahnı müsabiqəsinin yarımfinalları mayın 8 və 10-da, finalı isə mayın 12-də Lissabonda keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi