Modern.az

Cəlalabadda avtomobil partladıldı: 2 ölü, 10 yaralı

Cəlalabadda avtomobil partladıldı: 2 ölü, 10 yaralı

Aktual

7 Mart 2018, 18:18

Əfqanıstanın Cəlalabad şəhərində avtomobilin partladılması nəticəsində iki nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.

 

Modern.az-ın məlumatına görə, naməlum şəxslər Nanqarhar əyalətinin Həcc məsələləri üzrə departamentinin rəhbərinin avtomibilini partladıb.

Partlayış zamanı məmur və onun cangüdəni həyatını itirib.

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən təşkilat olmayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi