Modern.az

Sumqayıtda polis əməkdaşını avtomobil vurub

Sumqayıtda polis əməkdaşını avtomobil vurub

7 Mart 2018, 21:16

Sumqayıt şəhərində 28 yaşlı gənci maşın vurub.

Modern.az "Report"-a istinadən xəbər verir ki,  hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Kərim Cəbrayıl oğlu Babazadə naməlum avtomobil tərəfindən vurulub. Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, 28 yaşlı Kərim Babazadə Sumqayıt Şəhər Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi