Modern.az

Goranboyda quyuya düşən şəxs xilas olunub

Goranboyda quyuya düşən şəxs xilas olunub

Aktual

7 Mart 2018, 22:45

Goranboyda quyuya düşən şəxs xilas olunub.

 

Modern.az-ın  FHN saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Goranboy rayonu, Tatarlı kəndində 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı dərinliyi təqribən 12 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi