Modern.az

Qazaxda yolu keçən piyada vuruldu

Qazaxda yolu keçən piyada vuruldu

8 Mart 2018, 13:54

Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-dən Modern.az-a nverilən məlumata görə, hadisə martın 7-də saat 1 radələrində baş verib.

Belə ki, Qazax rayonunun İkinci Şıxlı kəndində rayon sakini Bilal Mustafayev idarə etdiyi “QAZ-31029” markalı avtomobillə yolu keçən kənd sakini Əmir Musayevi vurub.

 

Piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi