Modern.az

Hindistanda dərman zavodu yandı – 3 ölü 14 yaralı

Hindistanda dərman zavodu yandı – 3 ölü 14 yaralı

9 Mart 2018, 09:27

Hindistanın Mumbay şəhərində yerləşən "Boysar" sənaye zonasındakı dərman zavodunda güclü yanğın baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Hindistan KİV-ləri məlumat yayıb.

 

Hadisə nəticəsində 3 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Yanğının martın 8-də gecə 23:30 radələrində  zavodunda bir neçə qazanın partlaması nəticəsində yaranıb. Partlayışın çox güclü olduğu qeyd edilib. Yaranmış güclü yanğın 10-12 kilometr radiusda gözlə aydın görünə bilib. Yanğın ətrafdakı zavodlara da yayılıb.

 

Polisin ilkin rəyinə əsasən, yanğına səbəb dərman istehsalında istifadə oluna tezalışan kimyəvi maddələr olub.

 

Hazırda yanğının söndürülməsi prosesi davam edir.

 

Əvəz Zeynalov

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi