Modern.az

Azərbaycanlı deputatlar latviyalı həmkarlarını məğlub etdilər - FOTOLAR

Azərbaycanlı deputatlar latviyalı həmkarlarını məğlub etdilər - FOTOLAR

9 Mart 2018, 17:23

Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turniri başlayıb.

 

Modern.az saytının məlumatına görə, turnirdə A qrupunda Azərbaycan və Latviya komandaları üz-üzə gəlib.

 

Oyun 3-0 hesabı ilə Azərbaycan deputatlarının xeyrinə başa çatıb.

 

Qeyd edək ki, B qrupunda Polşa və Türkiyə qərarlaşıb. Beş komanda olduğu üçün püşkə əsasən, Ukrayna birbaşa yarımfinala vəsiqə qazanıb.

B qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna ilə qarşılaşacaq. A qrupunun qalibi isə birbaşa finala çıxacaq.  


Qeyd edək ki, turnir Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətiili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir. 

 

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi