Modern.az

Növbəti erməni həyasızlığı

Növbəti erməni həyasızlığı

Aktual

12 Mart 2018, 15:10

Azərbaycanlı müəllimənin şagirdlərə Xocalı soyqrımı haqqında həqiqətləri izah etməsibi görüntüləyən video bir neçə gündür ki, erməni saytlarında geniş müzakirə mövzusuna çevrilib. Youtube sosial şəbəkəsinə yüklənmiş həmin video erməni televiziyalarında da müzakirə olmağa başlanıb.

Öz körpə uşaqlarını hələ bələkdə ikən “ağlama, yoxsa türkü çağıraram!” deyə qorxudan ermənilər azərbaycanlı müəllimənin şagirdlərə əsl reallığı söyləməsinə qısqanclıqla yanaşdıqlarını açıq-aşkar büruzə verirlər.

Ermənistanda populyarlığı ilə tanınan “Kentron” (Mərkəz) televiziya kanalının “Erməni cüməsi” adlı proqramının canlı yayımında aparıcı əsl erməni xarakteri nümayiş etdirərək, özlərinin qəddar əməllərini ört-basdır etməyə çalışıb. Verilişdə aparıcı “erməni humanistliyi”ndən də dəm vurub. Əlli dəqiqəlik proqram ərzində müzakirələrdə iştirak edən ekspertlərin Azərbaycan haqqında söylədikləri cəfəngiyyatlar isə ümumiyyətlə xalqımıza qarşı nifrətin bariz nümunəsidir.

Ən dəhşətlisi isə odur ki, aparıcı video haqqında fikrini bildirərkən azərbaycanlı uşaqların dediklərini təhrif edir. Guya Azərbaycanlı uşaqlar deyirlər ki, “biz gərək onları (yəni erməniləri) öldürək!”.

Sanki studiyada olanların heç biri rusca bilmirlərmiş kimi aparıcının bu uydurmasına sakitcə baxaraq reaksiya vermirlər.


İsmayıl  Tanrıverdi,
BDU-nun Erməni araşdırmaları elmı tədqiqat və  Tədris mərkəzinin rəhbəri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi