Modern.az

FHN Salyandakı yol qəzası ilə bağlı məlumat yayıb

FHN Salyandakı yol qəzası ilə bağlı məlumat yayıb

Aktual

12 Mart 2018, 20:16

Fövqəladə Hallar Nazirliyi Salyan rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb

 

Modern.az  FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə Salyan rayonunun Qaraçala qəsəbəsində "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə zamanı ölən sürücü və sərnişinin cəsədləri xilasedicilər tərəfindən avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Hadisə zamanı digər avtomobilin sürücüsü müxtəlif xəsarətlər alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi