Modern.az

“Muğanbank” daha bir uğura imza atdı

“Muğanbank” daha bir uğura imza atdı

13 Mart 2018, 09:51

“Muğanbank” ASC, müştərilərə göstərdiyi xidmətin səviyyəsini artırmaq məqsədilə, daha bir layihəni uğurla icra edib. Bank, 12 mart 2018-ci il tarixindən “Mastercard” beynəlxalq ödəniş sisteminə tamhüquqlu üzv olub.

“Muğanbank” ASC“ 2004-cü ildən “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq edir və “Maestro”, “MC Debit”, “MC Standard”, “MC Gold”, “MC Platinum” və “MC Business” kartlarını müştərilərinə təqdim edir.

Bundan əlavə, “Muğanbank” ASC tezliklə yeni “Mastercard-World Elite” kartını müştərilərinə təqdim edəcəkdir.

Bankın  “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlığı Azərbaycan Respublikasının iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların dəstəklənməsinə yönəlib.

“Muğanbank” ASC-nin “Mastercard” kartlarının sahibləri ölkə daxili və xaricdə limitsiz olaraq nağd və nağdsiz ödənişləri rahat şəkildə həyata keçirməklə yanaşı “Mastercard” sahibləri üçün nəzərdə tutulmuş xüsusi imtiyazlardan istifadə edə bilərlər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi