Modern.az

Sabahın hava PROQNOZU - Meteohəssas insanlarda narahatlıq yaranacaq  

Sabahın hava PROQNOZU - Meteohəssas insanlarda narahatlıq yaranacaq   

13 Mart 2018, 12:34

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 5-8, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.


Tibbi-meteoroloji proqnoz

Martın 14-15-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

 

 

 

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi