Modern.az

Qəzaya düşən 15 şagirddən 1-nin vəziyyəti hələ də ağırdır  

Qəzaya düşən 15 şagirddən 1-nin vəziyyəti hələ də ağırdır   

13 Mart 2018, 13:06

Yevlaxda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şagirdlərin müalicəsi davam etdirilir.

Bu barədə Modern.az-a İcbari Tibbi Sığorta Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova məlumat verib. 

 

A.Əhmədova bildirib ki, Mingəçevirdəki xəstələrdən 4 nəfərin vəziyyəti stabildir, 1 nəfərin vəziyyəti ağır stabil olaraq qalır.

Qeyd edək ki, martın 11-də respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçirilib. İmtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus qəzaya uğrayıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi