Modern.az

Ziyad Səmədzadə: “Banklardakı vəziyyət bəllidir”

Ziyad Səmədzadə: “Banklardakı vəziyyət bəllidir”

15 Mart 2018, 12:04

Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir. Modern.az-ın məlumatına görə bunu Daşınar əmlakın yüklülüyünün dövlət reysterinin təqdimatı zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Deputat diqqəti Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinə yönəldib:

"Palata yarananda biz çox narahat idik. Bir çox ölkələrin təcrübələri araşdırıldı, öyrənildi və bu gün geniş şəkildə tətbiq olunur. İndi Palatanın fəaliyyəti göz önündədir".

 

Z.Səmədzadə qeyd edib ki, sərt pul kredit siyasətinin tətbiqi bütün ölkələrin iqtisadiyyatı üçün əlverişsizdir:

"Banklardakı vəziyyət bəllidir. Bizim dünya göstəricilərinə çatmağımız üçün zaman lazımdır. Ümumilikdə həddindən artıq istehlak kreditləri verməklə əhalini pis vəziyyətə qoya bilərik. Ona görə proses tənzimlənməlidir".

Deputat deyib ki, hazırda aparılan tədbirlər vətəndaş-bank münasibətlərinin yüksəldilməsinə xidmət edir.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi