Azərbaycan xalq artisti, görkəmli aktyor Rasim Balayev əməliyyat olunub.
Modern.az “Kadraraxası” layihəsi üçün müraciət etdiyi aktyor hazırda xəstəxanada olduğunu bildirib:
“Dünən əməliyyat olunmuşam. Sizə geniş müsahibə vermək durumunda deyiləm. Uroloji əməliyyat keçirmişəm. İnşallah iki günə evə buraxılacam, mütləq o zaman görüşərik”.
R.Balayev Gömrük Hospitalında palata şəraitində müalicəsini davam etdirdiyini bildirib.