Bu gün Nizami rayonunda yerləşən Xalid Quliyev adına 62 saylı məktəb-liseydə British Counsil-un dəstəyi ilə Novruz bayramı qeyd olunub. Tədbirdə British Counsil-un məktəbdəki danışıq klublarında iştirak edən şagirdlər ingilis dillində maraqlı kompozisiyalar hazırlayıblar.
Modern.az xəbər verir ki, tədbirdə British Counsil-un nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Anar Qədiməvliyev və valideynlər iştirak edib.
Məktəb-liseyin direktoru Mətanət Cabbarlı çıxışı zamanı bildirib ki, bir neçə ay bundan əvvəl British Counsil Bakının bir neçə məktəbində danışıq mərkəzləri açıb.
“Belə mərkəzlərdən biri də bizim məktəbdə açıldı. Bu, bizim məktəbimizə British Counsil və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilən böyük dəyərin göstəricisidir. Bu layihə məktəbimizin şagirdlərinin professional şəkildə ingilis dilini öyrənməsinə köməklik edir. Bu klublarda şagirdlərə ingilis dili fərqli şəkildə öyrədilir. Onlar yorulmadan, yazı yazmadan, kitab oxumadan ingilis dilini mənimsəyirlər. Uşaqlar burada film izləyib maraqlı oyunlar keçirərək ingilis dilində danışırlar, müzakirələr aparırlar”.
Məktəbin müəlliməsi Zülfiyyə Əliyeva deyib ki, uşaqlar əylənərək ingilis dilində danışmağı öyrənirlər.
“3 ay bundan əvvəl British Counsil-un və Təhsil Nazirliyinin dəstəyi ilə ingilis dili resurs mərkəzi açıldı. British Counsil-un müəllimləri burada uşaqlar üçün pulsun klublar açdılar. Uşaqlar burada ingilis dilini əyləncəli şəkildə, yorulmadan öyrənirlər. British Counsil Azərbaycan üzrə mərhələli imtahan keçirdi, imtahandan yaxşı bal toplayanlanlar Şotlandiyaya getdi. Bizim məktəbdən də mənimlə birlikdə 4 müəllim imtahanda yüksək nəticə göstərdiyi üçün Böyük Britaniyaya təlimə göndərildik. Aprelin 1-dən etibarən biz özümüz uşaqlara klublarda dərs keçəcəyik. Uşaqlara ingilis dilini mükəmməl öyrətmək üçün əlimizdən gələni edəcəyik”.