Modern.az

Bakı metrosunda sərnişin öldü

Bakı metrosunda sərnişin öldü

15 Mart 2018, 17:57

Bakıda metro stansiyasında sərnişin ölümü baş verib

Modern.az xəbər verir ki. faktı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev təsdiqləyib. O bildirib ki, hadisə bu gün saat 15:35 radələrində metronun “28 may” stansiyasında baş verib:

 

"1953-cü il təvəllüdlü Bakı şəhər sakini Mərdanov Vasif Şamil oğlu 28 may stansiyasına çatanda özünü pis hiss edib və qatardan düşüb. Xəstəyə ilkin müdaxilə edilib təcili tibbi yardım çağrılsa da, həkimlər gələnə kimi həmin şəxs keçinib. Onun ürək tutmasından vəfat etdiyi güman edilir”.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi