Bu gün UEFA Çempionlar Liqası və Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılacaq.
Modern.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Çempionlar Liqasının püşkatmasında aşağıdakı8 komanda bir-birlərinə rəqib olacaqlar:
“Barselona” (İspaniya)
“Real” (İspaniya)
“Sevilya” (İspaniya)
“Bavariya” (Almaniya)
“Yuventus” (İtaliya)
“Roma” (İtaliya)
“Liverpul” (İngiltərə)
“Mançester Siti” (İngiltərə)
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək.
***
Avropa Liqasının püşkatması isə Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Püşkatmada aşağıdakı8 komanda bir-birlərinə rəqib olacaqlar:
“Atletiko” (İspaniya)
“Arsenal” (İngiltərə)
“Latsio” (İtaliya)
“Leypziq” (Almaniya)
“Marsel” (Fransa)
“Sportinq” (Portuqaliya)
MOİK (Rusiya)
“Zalsburq” (Avstriya)
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 5, cavab matçları ilə 12 aprel tarixlərində keçiriləcək.