Modern.az

Şəhriyar Məmmədyarov İddiaçılar turnirində yenə heç-heçə etdi  

Şəhriyar Məmmədyarov İddiaçılar turnirində yenə heç-heçə etdi  

16 Mart 2018, 09:23

Berlində şahmat üzrə İddiaçılar turnirinin beşinci turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Çin təmsilçisi Liren Dinq ilə qarşılaşıb.

Modern.azxəbər verir ki, şahmatçımız çinli idmançı ilə də heç-heçə edib.

Beş turdan sonra Fabiano Karuana 3,5 xalla birinci pillədə qərarlaşıb. Hesabında 3 xal olan Ş.Məmmədyarov və V.Kramnik 2-3-cü yerləri bölüşürlər. L.Dinq, L.Aronyan və A.Qrişuk 2,5 xalla 4-6-cı pillədə qərarlaşıblar. S.Karyakin və U.So 1,5 xalla 7-8-ci yerdədirlər.

 


Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi