Modern.az

Deputat: “Biz daşınar əmlakın da yüklülüyünü həll edə bilsək...”  

Deputat: “Biz daşınar əmlakın da yüklülüyünü həll edə bilsək...”    

Aktual

16 Mart 2018, 09:25

Daşınar əmlakın yüklüyünün dövlət resyterinə alınması maliyyə sektoru üçün yeni bir seqmentdir.

Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibakrlıq komitəsinin üzvü Mahir Abbaszadə daşınar əmlakın yüklülüyünün dövlət reysterinin təqdimatı ilə bağlı danışarkən deyib.

 

M.Abbaszadə bildirib ki, ölkədə indiyə qədər daşımaz əmlakın dövlət reysteri yaradılıb:

“Bildiyiniz kimi, sahibkarlar banklardan kredit götürərkən yalnız daşımaz əmlakı banklarda girov qoya bilirdilər. Artıq daşınar əmlakın resyterinin yaranması imkan verir ki, vətəndaşlar həm də daşınar əmlaklarını banklarda girov qoyaraq, kreditlərin götürülməsinə nail olsunlar. Aktivlərin sırasında daşınar əmlakın, banklarda girov qoyulmuşların içərisində isə daşınmaz amlakların sayı çoxdur. Fərq onu göstərir ki, biz daşınar əmlakın da yüklülüyünü həll edə bilsək, vətəndaşların banklardan kredit götürmək imkanları 6 dəfə arta bilər. Bu da bəzi sahibkarların girov tələb edən banklardan kredit götürmək imkanlarını genişləndirəcək. Əvvəllər girov tələb olunarkən onlar daşınmaz əmlaklarının olmadığını bildirirdilər. Amma yeni qaydalarla daşınar əmlakı da girov qoymaqla kreditə çıxış imkanları əldə edəcəklər”.

 

M.Abbaszadənin sözlərinə görə, bu, xüsusilə kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq:

“Nəzərə alsaq ki, kənd yerlərində bütün daşınar əmlaklar dövlət reysterinə alınaraq, banklarda girov kimi qoyula biləcək, bunun çox mühüm əhəmiyyətə malik olduğu başadüşüləndir. İnkişaf etmiş ölkələrin böyük əksəriyyətində daşınar əmlakın yüklülüyü indiyə qədər fəaliyyət göstərib, baxmayaraq ki, bizdə yenidir. Bu, həm də ölkəmizin beynəlxalq maliyyə reytinqlərində nüfuzunun artmasına gətirib çıxaracaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi