Modern.az

Madriddə iğtişaş: saxlanılanlar var

Madriddə iğtişaş: saxlanılanlar var

16 Mart 2018, 11:29

İspaniyanın paytaxtı Madriddə kütləvi iğtişaşlar zamanı 6 nəfər saxlanılıb.

 

Bu haqda Modern.az xarici KİV-ə istinadla xəbər verir. 

İğtişaşlara səbəb Seneqaldan olan 35 yaşlı mühacirin ölümü səbəb olub. Bundan əvvəl onun ürək çatışmazlığından öldüyü bildirilirdi. Lakin şahidlər iddia edir ki, mühacir asayiş keşikçilərinin hücumu nəticəsində həlak olub.

 

Seneqallı 14 il əvvəl İspaniyaya gəlsə də, yaşayış üçün icazə ala bilməmişdi.

Təqribən 200 etirazçı paytaxtın mərkəzində "Polis dövləti yox, sosial dövlət!", "Polislər qatildir!" kimi şüarlar səsləndiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM