Modern.az

68 deputatın təklifi cavablandırıldı 

68 deputatın təklifi cavablandırıldı 

16 Mart 2018, 12:17

Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilir.

 

Modern.az-ın məlumatına görə, iclasda çıxış edən spiker Oqtay Əsədov bildirib ki, ötən il dövlət başçısının həyata keçirdiyi siyasət ölkəmizdə makroiqtisadi sabitliyi qorumağa imkan yaradıb:

 

“Ötən il ölkə iqtisadiyyatı sürətlə inkişaf edib. Azərbaycan əhalisi ötən il təhlükəsiz şəraitdə yaşayıb. Aparıcı beynəlxalq təşkilatlar da ölkəmizin apardığı siyasəti yüksək qiymətləndirir.Davos İqtisadi Forumunun hesabatında ölkəmiz 2 pillə irəliləyib, 35-ci yerə yüksəlib.

 

Ötən il iqtisadiyyatımızda növbəti uğurlu addım  atılıb. Azəri-Çıraq-Günəşli yatağının istifadə müddəti uzadılıb, Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verilib. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı da ötən il üçün xarakterik haldır.Büdcədə qeyri neft sektorunun payı artıb”.

 

O.Əsədov qeyd edib ki, 2017-ci ildə Milli Məclisdə parlamentarilər tərəfindən təkliflər nəzərə alınıb: "Millət vəkillərinin 68 təklifi hesabatda cavablandırılıb".

 

 

Sizə yeni x var
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM