Modern.az

Artur Rasizadə: “Ordumuzun hərbi gücü artırılır”  

Artur Rasizadə: “Ordumuzun hərbi gücü artırılır”   

16 Mart 2018, 12:43

“Təəssüflə qeyd edirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemnin həlli istiqamətində ciddi dönüşə nail olunmayıb”.

Modern.az-ın məlumatına görə, bunu Baş nazir Artur Rasizadə 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini təqdim edərkən deyib. Baş nazir bildirib ki, dövlət başçısı hamımızın ağrılı yeri olan bu məsələni gündəlik diqqətdə saxlayır. A.Rasizadə qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli yanaşı, hərb variantının da mümkünlüyü nəzərə alınaraq, ordumuzun hərbi gücü artırılır.

“Ordumuzun maddi-texniki təminatı gücləndirilir, müasir silah və sursatla təmin olunur. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu bir daha gücünü göstərdi. Müdafiə sənayesinin inkişafı istiqamətində mühüh addımlar atılıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisəslərində 1200-dən çox məhsul istehsal olunur. Bu gün Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullar xarici ölkələrə də ixrac olunur”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM