Milli Məclisin deputatı Yevda Abramov parlamentin bu gün keçirilən iclasına qatılıb.
Modern.az-ın məlumatına görə, deputat sağlıq durumunun normal olduğunu bildirib.
Qeyd edək ki,Yevda Abramov ötən il dekabrın 7-də onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub.
Daha sonra isə yenidən səhhətində problem yaranan Yevda Abramov təcili olaraq İsraildəki xəstəxanalardan birinə yerləşdirilmişdi.