Modern.az

Qəbələdə qoyun oğrusu tutuldu

Qəbələdə qoyun oğrusu tutuldu

16 Mart 2018, 17:19

Oğurluqda şübhəli bilinən Qəbələ rayonunun Qaradeyin kənd sakini Qəhrəman Əfəndiyev saxlanılıb.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, o, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

 

Qəhrəman Əfəndiyev martın 6-na keçən gecə Şəfilli kəndindəki həyətlərin birindən 1 baş qoyun oğurlamaqda şübhəli bilinir.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mart ayı ərzində 4 həyətyanı sahədən 4 baş qoyun oğurlaması da müəyyən edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM