Modern.az

Hökumətin hesabatında hansı məmurlar iştirak etdi?

Hökumətin hesabatında hansı məmurlar iştirak etdi?

16 Mart 2018, 17:25

Bu gün baş nazir Artur Rasizadə Milli Məclisdə Nazirlər Kabinetinin 2017-ci il üzrə fəaliyyəti haqqında hesabatını təqdim edib.

 

Modern.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında bir neçə nazir iştirak edir.

 

İclasda maliyyə naziri Samir Şərifov, vergilər naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, gənclər və idman naziri Azad Rəhimov, gömrük komitəsinin sədri Aydın Əliyev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, iqtisadiyyat naziri Şahin Mustafayev, energetika naziri Pərviz Şahbazov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov və digərləri iştirak edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü