Modern.az

Binəli Yıldırım: Türkiyə Avropanı terrordan qoruyur

Binəli Yıldırım: Türkiyə Avropanı terrordan qoruyur

17 Mart 2018, 10:43

Türkiyə Avropanı terrordan qoruyur. Modern.az-ın məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Avropa Parlamentinin Afrinlə bağlı qətnaməsini şərh edərkən deyib.

Türkiyə baş nazirinin sözlərinə görə, Avropa özü terrorla mücadilə etmək iqtidarında deyil və bacarmır.

 

B.Yıldırım qeyd edib ki, Avropa Türkiyə üçün dua etməli və terrorizmə qarşı uğurlu mübarizə apardığı üçün Ankaraya təşəkkür etməlidir.

Qeyd edək ki, Avropa Parlamenti Afrində hərbi əməliyyatları dayandırmağa çağıran qətnamə qəbul edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü