İŞİD terrorçuları İraqda avtomobil yolunda polis konvoyuna qarşı pusqu quraraq azı 8 asayiş keşikçisini saxlayıb.
APA-nın verdiyi xəbərə görə, terrorçular daha sonra polis əməkdaşlarını yol kənarındakı təpənin yaxınlığına apararaq edam edib.
Terrorçuların müəyyənləşdirilərək məhv edilməsi məqsədi ilə əraziyə xeyli polis və hərbçi cəlb edilib.