Modern.az

Millimiz Makedoniya ilə belə heç-heçə etdi - Video

Millimiz Makedoniya ilə belə heç-heçə etdi - Video

28 Mart 2018, 00:05

Bu gün milli komandamız növbəti yoxlama oyununa çıxıb.

Modern.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız Antalyada Makedoniya millisi ilə qüvvəsini sınayıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

“Mardan” stadionunda keçirilən görüşdə videotəkrar sistemindən istifadə olunub ki, bu da millimiz üçün bir ilkdir.

Qeyd edək ki, yığmamız 2018-ci ildə ilk sınaq matçında Moldova ilə qolsuz heç-heçə edib. İkinci görüşdə Belarusla qarşılaşan komandamız 0:1 hesabı ilə uduzub

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!