Modern.az

Bakıda itkin düşən ərəb turist tapılıb

Bakıda itkin düşən ərəb turist tapılıb

28 Mart 2018, 11:12

Ötən gün Bakıda itkin düşən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan turist tapılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, martın 27-də Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edən  ölkəmizə tusist kimi gəlmiş, paytaxt ərazisindəki otellərin birində yaşayan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olan qadın 19 yaşlı oğlu, daun sindromlu Sultan Abdulla Mohamedin həmin gün səhər saatlarında oteldən çıxaraq itkin düşdüyünü bildirib. 

 

Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Sultan Abdulla Mohamed Səbail rayonu ərazisində tapılaraq anasına təhvil verilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!