MOİK Peşəkar Futbol Klubunun baş məşqçisi Ramil Vaqif oqlu Əliyev səhhəti ilə əlaqədar vəzifəsindən istefa verib.
Bu barədə Mərkəzi Ordu İdman Klubundan Modern.az-a məlumat verilib.
Bildirilib ki, MOİK Peşəkar Futbol Klubunun yeni baş məşqçisi təcrübəli məşqçi Azər Bağırov olacaq.
Eyni zamanda MOİK-in rəhbərliyi və kollektivi Ramin Əliyevə gərgin və uğurlu fəaliyyətinə görə təşəkkür edib, tezliklə şəfa tapraq sağlamlığına qovuşmasını arzulayıb.
“Yeni baş məşqçi Azər Baqırova isə işində uğurlar diləyir və komandamızın onun rəhbərliyi ilə də uğurlar qazancağına ümid edirik”,-deyə klubun məlumatında bildirilib.