Modern.az

Şeyx ittihamlara CAVAB VERDİ  

Şeyx ittihamlara CAVAB VERDİ   

28 Mart 2018, 12:12

“Hərdən deyilir ki, haqqımda bəzi məlumatlar yazılır. Belə eşitdim ki, deyirlər 150 hektar ərazim var. Təbii ki, bunların hamısı iftira və yalandır”.

Modern.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Allahşükür Paşazadə bir daha qeyd edib ki, yazılanların hamısı yalan informasiyalardır.

“Həmin insan həm də prezident haqqında fikirlər səsləndirib. Onlar ancaq təxribat yaradırlar. Bu şeylərə uymamalı və Azərbaycanda möhkəm olmalıyıq. Əvvəla, sevinin ki, sizin şeyxiniz bu cür güclü olsun. İkincisi isə xaricdən onsuz da dini liderə qarşı iftira var, bunu daxildə də davam etdirməklə nə əldə edirsiniz?”.

Xatırladaq ki, şeyx barədə həmin iddiaları prezidentliytə namizəd Sərdar Cəlaloğlu İTV-dəki debatda səsələndirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!