Modern.az

Müdafiə Nazirliyi əhaliyə müraciət etdi

Müdafiə Nazirliyi əhaliyə müraciət etdi

28 Mart 2018, 15:55

Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib.

 

Nazirlikdən Modern.az -a daxil olan məlumatda bildirilib ki, aprel ayının 1-dən Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən mövzu ilə bağlı müzakirələr aparılır və müxtəlif şərhlər paylaşılır:

"Həmin yazılarda çağırışçıların xidmət keçəcəkləri hərbi hissələrin nömrələri, təyinatı və dislokasiya yerləri göstərilir, eləcə də qarşılıqlı dəqiqləşdirici suallar verilir.

 

Düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, Müdafiə Nazirliyi bildirir ki, bu kimi məlumatların yayılması qəti surətdə yolverilməzdir".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!