Milli Məclisin Dünya Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclası başlayıb.
Modern.az-ın məlumatına görə, iclasın gündəliyinə 1 məsələ daxil edilib.
Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl 31 mart soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb.
“Sərəncamla Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib. Bu gün də Milli Məclisdə Dünya Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclası keçirilir”.
Daha sonra isə spiker Milli Məclisdə soyqırımı qurbanlarının xatirəsinin anılması üçün 1 dəqiqəlik sükut elan edib.
Bu, “1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı qərar layihəsi”dir.
Xüsusi iclasda soyqırımı ilə bağlı qərar layihəsi qəbul ediləcək.
Həmçinin, iclasda Milli Məclis tərəfindən beynəlxalq təşkilatlara, bir neçə ölkənin parlamentlərinə ünvanlanacaq müraciət müzakirə ediləcək. Daha sonra isə müraciətin qəbulu məsələsinə baxılacaq.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl 31 mart soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.