Modern.az

Berlində baş verə biləcək faciənin qarşısı SON ANDA  alındı

Berlində baş verə biləcək faciənin qarşısı SON ANDA  alındı

29 Mart 2018, 23:50

Bu gün Berlin Sənətkarlar Palatasında içərisində partlayıcı maddə olan bağlama aşkar edilib və zərərsizləşdirilib.

Modern.az xəbər verir ki, palatanın zərfi açan əməkdaşı şübhəli məftillər aşkar edib və polisə zəng vurub. Hadisə yerinə gələn asayiş keşikçiləri binadakı insanları təxliyə edib və təhlükəli bağlamanı zərərsizləşdiriblər. Polis əməkdaşı bildirib ki, bağlama kiçik olduğu üçün böyük partlayış baş verməsi ehtimalı olmasa da, onun partlaması nəticəsində içəridəkilər xəsarət ala bilərdi.

Bu insidentin poçt göndərişlərində partlayıcı maddələrin tez-tez aşkar edilməsi ilə əlaqəsi hələlik aydın deyil. Yanvarın 12-də Berlin banklarının birinin ünvanına göndərilən bağlamadan pirotexnika materialı və fitil qurğusu çıxmışdı. Potsdamda şəhərin mərkəzindəki əczaxanaya daxil olmuş bağlamanın içərisindəki konserv bankasına bənzəyən metal qabdan yüzlərlə mismar və fişəng aşkar edilmişdi.

Brandenburq vilayətinin polis rəisi Hans-Yurqen Merke bildirib ki, cinayətkarlar bağlamaları pul tələbi ilə göndəriblər. Onların şifrlənmiş mesajları isə smartfonlar vasitəsilə açılan QR-kod (Quick Response Code) köməyi ilə göndərilib.

Polisin məlumatına görə, bundan əvvəl oxşar hadisə Frankfurt-Oderdə qeydə alınıb. (AZəRTAC)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?