FİFA prezidenti Canni İnfantino AFFA-ya məktub yollayıb. Apasport.az saytının məlumatına görə, ali futbolqurumunun rəhbəri AFFA-nın Məşqçilər Komitəsinin üzvü, müxtəlif komandalarda məşqçi və baş məşqçi vəzifəsində çalışmış Böyükağa Hacıyevin vəfatı ilə əlaqədar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına başsağlığı verib.
Qeyd edək ki, B.Hacıyev uzun çəkən xəstəlikdən sonra martın 16-da Bakıda vəfat edib.